Zaurun verilişində gərginlik: "Verilişdən sonra zəngləşərik"

27 Oktyabr 2016 12:15 (UTC+04:00)

Ötən gün Xəzər TV-də Zaur Kamalın aparıcısı olduğu "5 də 5" verilişinin qonaqları müğənnillər Mənzurə Musayeva, Samir Piriyev və Aşıq Əli olub. Movqe.az primetime.az-a istinadən bildirir ki, Aşıq Əlinin ağır çəkili olmasına sataşan aparıcının fikirlərini müğənni Mənzurə Musayeva davam etdirib. "Ay Əli, niyə arıqlamırsan? Bütün dünya bu saat pəhriz saxlayır. Ola bilər, tamaşaçılar Əlini belə sevirlər. Amma bir az arıqlasa, yaxşı olar. Sən arıqlasan, mənə çox sağ ol deyəcəksən ki, gərək Mənzurə xanımın sözünə əvvəldən qulaq asaydım. Zaur kimi olmaq istəmirsən?"

Əsəbləşən Aşıq Əli xanım müğənniyə cavabında: "Deyəsən, belə Mənzurə xanımın xoşuna gəlmirəm. Verilişdən çıxandan sonra zəngləşərik".

Daha sonra Aşıq Əli üzünü aparıcıya tutaraq: "Zaur, nə vaxt bu efirdə sənətdən danışacağıq?" - sualını verib.