Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qananın ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun
etimadnaməsini qəbul edib. İlham Əliyev Uruqvayın ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado
Xentanın etimadnaməsini də qəbul edib.
Dövlət başçısı bu gün, həmçinin Cənubi Sudan Respublikasının
ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar
Rinq Denqin etimadnaməsini də qəbul edib. Prezident İlham Əliyev
Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Kristofer Con Kuterin etimadnaməsini də qəbul edib.