Azyaşlı qız 9-cu mərtəbədən yıxılıb sağ qaldı - Bakıda

27 Oktyabr 2016 14:04 (UTC+04:00)

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb. Movqe.az Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib. Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Hadisə vaxtı L.Namazova evdə tək olub. Faktla bağlı araşdırma aparılır.