Kərkədanla çəkilən şəkil faciəyə səbəb olub

16 Yanvar 2013 16:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Cənubi Afrikanın "Beeld" qəzetinin xəbərinə görə, paytaxt Yohannesburqdan 40 kilometr uzaqlıqdakı bir safari parkda hücuma uğrayan Çantal Beyer adlı qadın çiyin, ağciyər və qabırğasından zərbə alıb. Qadın kərkədanla şəkil çəkdirmək istəyib. Lakin bunun necə təhlükəli olduğunu düşünməyib və həyatını təhlükəyə atıb. Ümümiyyətlə, dünyada 28 min kərkədanın dörddə üçünün Cənubi Afrikada olduğu güman edilir. Ancaq son zamanlarda Asiyadan gələn tələb səbəbiylə qadağan olmasına baxmayaraq çox sayda kərkədan ovlanmağa başlanılıb. Çində kərkədan buynuzunun hummadan xərçəngə qədər az qala bütün xəstəliklərə xeyirli olduğuna inanılır.