Lənkəranda qanunsuz ov edənlər tutuldu

27 Oktyabr 2016 15:34 (UTC+04:00)

Qanunsuz ov etdikləri üçün saxlanılmış şəxslərdən silah götürülüb. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən Mamusta kənd sakinləri Samid Dadaşzadə və Rasif Əliyev qanunsuz ov etdikləri üçün saxlanılıb. Onlardan nömrəsi silinmiş “TOZ-63” və “BUM” markalı ov tüfəngləri götürülüb. Araşdırma aparılır.