Hökümət valideynlərə xəbərdarlıq edib

16 Yanvar 2013 16:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Biseksuallığa qarşı mübarizə aparan Malayziya Milli Təhsil Nazirliyi valideynləri xəbərdar etmək üçün ölkə miqyasında yeni bir kampaniya başladıb. Valideynləri uşaqlarının homoseksual olub-olmadığı mövzusunda oyaq olmağa dəvət edən Nazirlik, biseksuallığın ip uclarını sıralalayıb. Buna görə Malayziya Milli Təhsil Nazirliyi, "V" yaxalı köynək və ya kimano köynək geyən oğlan uşaqların homoseksual olma ehtimalının yüksək olduğunu bildirib. Malayziya Milli Təhsil nazirinin müavini Mohd Puad Zarkaşinot, proqram çərçivəsində verdiyi konfransda, "Valideynlər, diqqətli olun! Uşaqlarınız "V" yaxalı və ya kimano köynək, çox dar şalvar və ya ümümiyyətlə açıq rəng paltarlar geyməyə üstünlük verirlərsə və fiquralı bir bədənə sahibdirlərsə biseksual olma ehtimalları yüksəkdir." xəbərdarlığını edib. Nazir müavini, Malayziyada xalqın çox az bir hissəsinin bu mövzuda məlumat sahibi olduğunu söyləyərək valideynləri əlamətlər mövzusunda oyaq olmağa çağırıb. Malayziyada biseksuallıq qadağandır və "təbiətə zidd" olaraq qəbul edilir.