Mərkəzi Bank növbəti depozit hərracını elan edib

27 Oktyabr 2016 18:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək. Movqe.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 oktyabr 2016-cı il tarixində keçiriləcək hərracda 50 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 28 gün, faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.