Xərclər məndən, sən təki "hə" de!

16 Yanvar 2013 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kasper Smart sevgilisi Cennifer Lopezə evlilik təklif edib. Toyu da öz qazandığı pulla etmək istədiyini söyləyərək iş axtarmağa başlayıb. "Dance Again" adlı dünya turuna davam edən Cennifer Lopez, dördüncü dəfə evlilik yolunda irəliləyir. Lopezin uzun müddətdir birlikdə olduğu özündən 18 yaş kiçik rəqqas sevgilisi Kasper Smartdan evlilik təklifi aldığı bildirilib. Məşhur ulduzun bu evlənmə təklifinə müsbət cavab verdiyi amma toya bir xeyli zaman olduğu söylənilib. Buna səbəb olaraq da, Kasper Smartın maddi mənada öz ayaqları üzərində dayanmaq istəməsi göstərilir. Dünya turu bitdikdən sonra özünə möhkəm bir iş tapmaq istədiyini deyən Smartın, toyu özü etmək istədiyi, Lopezin də bu qərara hörmətlə yanaşdığı qeyd edilib.