Adam oğurluğu ilə məşğul olan şəxs tutuldu

28 Oktyabr 2016 12:26 (UTC+04:00)

Rusiya Federasiyası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxs Bakıda tutulub. Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Tariyel Məmmədov tutulub.