ABŞ-ın Texas ştatında bir körpə iki dəfə dünyaya gəlib.
Movqe.az xəbər verir ki, Margaret Havking Boemerin hamiləliyinin 16-cı həftəsində uşağın onurğasında şiş müəyyən edilib.
Həkimlər qadına hamiləliyə son qoymağı təklif ediblər. Ancaq ailə bu təklifi qəbul etməyib. Qadının sözlərinə görə, hamiləliyin 23-cü həftədə şiş ürəyin üzərində təzyiq yaradırmış. Belə olduğuna görə həkimlər körpəni ana bətnindən götürərək şişi təmizlədikdən sonra yenidən ana bətninə yerləşdirməyi nəzərdə tutan riskli bir əməliyyatı həyata keçirməyə qərar verirlər. Əməliyyat zamanı körpə 500 qram ağırlığında idi. Şişin çəkisi də təxminən o qədər idi.
Əməliyyat zamanı körpənin ürəyi dayansa da, onun fəaliyyətini
bərpa etmək mümkün olub. Şiş götürüldükdən sonra körpəni yenidən
ananın bətninə yerləşdiriblər.
Boemer bundan sonra 12 həftəni yataqda keçirdi və körpə 6 iyunda
yenidən dünyaya gəlib. Körpə səkkiz günlük ikən ikinci bir
əməliyyat keçirilib və şişin qalan hissəsi də təmizlənib. O,
hazırda sağlam bir şəkildə həyatına davam edir.(publika)