Baş naziri hakimiyyətdən saldı

16 Yanvar 2013 16:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Ali Məhkəmə Baş nazir Raja Pərviz Əşrəf 15 dövlət işçisi haqqında korrupsiya ittihamı ilə həbs qərarı çıxarıb. Zəlzələ təsiri yaradan qərarla  hökumət buraxılıb. Pakistan Ali Məhkəməsi, haqqında sui-istifadə ittihamları səbəbiylə baş nazir Raja Pərviz Əşrəf aralarında nazirlərin olduğu 15 dövlət rəsmisi haqqında həbs qərarı alınıb. Qərar nəticəsində Pakistan yeni bir siyasi böhrana doğru gedir. Məhkəmənin qərarı, Əşrəf tərəfdarları tərəfindən tanınmayıb. Qərar mətnində Baş nazir Əşrəfin su enerji nazirliyi dövründə bəzi layihələrdə korrupsiya hallarına yol verdiyi ölkəni zərərə uğratdığı deyilib. Pakistan ordusu tərəfindən dəstəkləndiyinə inanılan Kanada vətəndaşı, dini lider Tahir əl Qədri, məclisin lağv edilməsi, keçid hökumətinin qurulması, seçki islahatı keçirilməsi sui-istifadələrin sona çatdırılması kimi tələbləri qeyd edib. Əl Qədri, dünən paytaxt İslamabadda on minlərlə tərəfdarına etdiyi çıxışında "Mən hökuməti silahla devirməyə gəlmədim. Mənim tək bir strategiyam var: Burada qalacağıq. Hər hansı bir hücum olmayacaq. Tək bir daş və ya güllə atılmayacaq" ifadələrini istifadə edib.