Dərman problemi davam edir

16 Yanvar 2013 17:43 (UTC+04:00)
Movqe.Az bildirir ki, Ukraynada rəsmi rəqəmlərə görə QİÇS xəstələrinin sayı 350.000 nəfərdir. Ancaq gerçək dəyərlərin bu ədədin iki qatından çox olduğu düşünülür. Müalicədə lazım olan dərmanları asanlıqla əldə etmək çox vacibdir. Ölkənin ən böyük QİÇS müalicə mərkəzində, 2000-dən çox xəstə hər an dərmansız qalma narahatlığı ilə yaşayır. 2012-ci il dekabr ayında keçirilməsi planlaşdırılan dərman satınalma tenderi ləğv edilib. Bu vəziyyət xəstələri çətin vəziyyətə salıb. İnsan hüquqları müdafiəçisi olan qruplar bir mətbuat konfransı keçirdərək, rəsmilərdən tez bir zamanda dərmanların təmin edilməsini istəyiblər. QİÇS xəstələrinin müalicəsinə bir gün belə ara verilməsi xəstənin həyatını riskə salır. Ukraynada HIV virusu müalicəsi pulsuz qarşılanır. Xərclərin 80 faizi dövlət büdcəsindən, 20 faizi isə edilən yardımlarla təmin edilir.