Ana 2 övladını bıçaqla öldürüb

16 Yanvar 2013 18:29 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Kanadanın paytaxtı Ottavada bir qadın, iki uşağını bıçaqla öldürdükdən sonra intihar edib. Ottava polis Con Maksvel, 10 yaşındakı oğlu Aleks 6 yaşındakı qızı Keyti ilə yaşayan 40 yaşlı Alison İstonun hadisədə həlak olduqarını bildirib. Hadisəni, axşam saatlarında evə gələn ata Con Korçisin polisə xəbər verdiyini ifadə edən xəfiyyə Maksvel, mətbuat şərhi əsnasında da həssas anlar yaşayıb. İki uşağın vəziyyətini izah etməkdə çətinlik çəkən polis ana Alison İstonun uşaqlarını öldürmək üçün istifadə etdiyi bıçaqla evin başqa bir küncündə ölü tapıldığını söyləyib.