Mütəxəssislər davamlı kompyuter və planşet başında olan şəxslərin göz sağlamlığı məsələsində problem yarandığını söyləyiblər. Texnologiyanın çox sürətlə irəli getməsilə birlikdə kompyuterdən istifadənin ən yüksək mərhələyə çıxması xüsusilə göz sağlamlığı üzərində mənfi təsirlər qoyur.
Movqe.az bildirir ki, insanlar mütləq şəkildə kompyuter və
planşet işığından qoruyan eynəklərdən istifadə etməlidirlər. Bunun
sayəsində, gözləri narahat edən işıqlar təsirsiz qalacaq və gözlər
istirahət edəcəklər.
Gözlərdə yaranan problemlərin başlıca səbəbi müəyyən bir zamanda
göz qırpma sayının çox azalmasıdır. Normalda dəqiqədə orta hesabla
25 dəfə gözlərimizi qırpırıq. Bu proses üst qapağın istirahətinə,
göz yaşı ilə gözün bəslənməsinə və təmizlənməsinə zəmin yaradır.
Ekranlarla işləyərkən, bu say dəqiqədə 10-dan az, hətta 5-6-ya
enir. Belə olduqda da göz yaşı buxarlanır, yanma, batma, qızartı
kimi bir çox şikayətə səbəb olur. Bundan başqa, kompyuterə
gözlərini geniş açaraq baxanlar da ola bilər. Bu hal da problemi
daha çox artıran bir amildir./milli.az/