Üç əllə doğulan usagı “Allah” hesab edirlər

29 Oktyabr 2016 13:00 (UTC+04:00)

Nepalda 3 əllə doğulmuş uşaq bu ölkədə hər kəsin diqqətini cəlb edir.
Movqe.az xəbər verir ki, üçüncü, hərəkətsiz əli kürəyində olan Qaurab Garum artıq bəziləri tərəfindən “allah” hesab edilir.
Nepalın mövhumatın güclü olduğu ərazisində yaşayan ailənin başçısı deyir: "İnsanlar deyir ki, oğlan “allahın” bir formasıdır. Və ona pul verirlər”.
Ailə başçısı bununla yanaşı, seçim qarşısında qaldıqlarını da etiraf edib./publika.az/