"Namiq, eşqimizi də sirr saxlayırdın" - Aygün Kazımova

28 Oktyabr 2016 16:47 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı sirlər açıb.

Movqe.az-ın məlumatına görə, müğənni “Həyat tərzi” verilişində sənətçinin onun bağ evini əlindən alması xəbərinə münasibət bildirib:

“Namiqlə aramızda problemimiz yoxdur. Verilişdə Ranar Musayev mənə gözləmədiyim anda sual ünvanladı. Sonra dostlarım maqazin verilişində süjet hazırladı. Həmin açıqlamanı neçə vaxt əvvəl zarafatla demişdim. Amma o zarafat deyildi, gerçək idi. Bu hadisələr çoxdan olub. Namiq, səndən fərqli olaraq, mən sənin haqqında rahat danışıram. Sən hər şeyi sirr saxlayırdın. Eşqimizi də sirr saxlayırdın”.

A.Kazımova Namiqin onunla duet oxumaq istəməməsini də deyib:

“Bu yaxınlarda dostlarımız bizə duet təklif etdi. Namiq istəmədi, dedi ki, söz-söhbət yaranır. Namiq, cəsarətli ol, niyə çəkinirsən? Xalq bizdən duet istəyir. Bəlkə sən özün düz etmirsən?”.

Müğənni N.Qaraçuxurlunun onun röyalını aldığını da söyləyib:

"Musiqi alətlərim çoxdur. İki röyalım var: biri İstanbuldadır. O biri röyalımı Namiq apardı. Amma söz verib qaytaracaq". /axşam.az/