İstiqrazlar satışda - 22 milyon manat dəyərində

29 Oktyabr 2016 14:00 (UTC+04:00)

Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 22 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə Movqe.az BFB-yə istinadən məlumat verir.

Hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 220 min istiqraz çıxarılacaq.

İstiqrazların ödəmə tarixi 31 noyabr 2016-cı ildir.

Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.