İran kosmosa meymun göndərir

16 Yanvar 2013 20:43 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İran gələn ay kosmosa meymun göndərəcəyini bildirib. Mehr Xəbər Agentliyinə müsahibə verən İran Kosmos Agentliyinin prezidenti Hamid Fazeli, İran İnqilabının ildönümü olan 11 fevralda kosmosa meymun göndəriləcəyini bildirib. Fazeli, meymunların hələ də karantində saxlandığını bildirib. Meymunları kosmosa daşıyacaq kapsula ilə əlaqədar bütün testlərin tamamlandığını bildirən Fazeli, ağırlıq vibrasyası radiasiya kimi digər şərtlərin meymunlarla kosmosda test edilməsindən sonra, növbəti beş il müddətində kosmosa insanlı vasitə göndərəcəklərini qeyd edib.