20 yaşlı qız dəm qazından zəhərləndi

30 Oktyabr 2016 11:48 (UTC+04:00)

Şəmkirdə dəm qazından zəhərlənmə olub. Movqe.az APA-ya istinadən məlumatına görə, rayonun Keçili kənd sakini 1996-cı il təvəllüdlü Cəvahir Süleymanova dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, C.Süleymanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.