Sumqayıtda yanğın baş verib

30 Oktyabr 2016 12:49 (UTC+04:00)

Sumqayıtda yanğın qeydə alınıb. Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 200 m2 olan qarajın içərisində vətəndaşa məxsus "Qazel" markalı, yük avtomobilinin yanar hissələri, 8 ədəd kəpək çənləri (hər biri 100 kq olmaqla) və 10 m2 sahədə taxta tullantıları yanıb.

Qaraj yanğından mühafizə olunub.

Yanğın saat 00:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.