Natavan Həbibi nişanlandı - FOTO

30 Oktyabr 2016 16:48 (UTC+04:00)

Müğənni Natavan Həbibi nişanlanıb. Movqe.az-ın “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi bir müddətdir ki, sevgili olduğu şəxslə münasibətlərini rəsmiləşdirmək yolunda ilk addımı atıb. Hətta, Həbibi sosial şəbəkədə nişanından çəkilmiş foto paylaşıb.Natavanın mətbuat xidməti nişan xəbərini “Qafqazinfo”ya təsdiqləyib: “Bəli, nişan bir neçə ay əvvəl olub. Fotonu isə dünən paylaşıb, Natavan xanım şəxsi həyatını açıqlamağı sevmədiyindən bundan artıq məlumat verməyə icazəm yoxdur”.