Məşhur yazıçının yeni kitabı mayda satışa çıxacaq
16 Yanvar 2013 19:34 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünya şöhrətli məşhur
amerikalı yazıçı Dan Braunun son kitabı "Inferno"nun may ayında
satışa çıxacağı bildirilib. "Da Vinçi Şifrəsi", "İtkin Simvol",
"Mələklər və Şeytanlar" ilə "Xəyanət Nöqtəsi" kitablarının müəllifi
Braun, son kitabı üçün İtalyanın Florensiya şəhərində verdiyi
müsahibəsində Dantenin əsərlərindən təsirləndiyini qeyd edib.
Braunun, "Mələklər və Şeytanlar" kitabında oxucuları ilə tanış
etdiyi və Harvard Universitetinin professoru olan Robert Lanqdonun
xarakterini bu romanında da istifadə edəcəyi bildirilib. Kitabın
may ayının ortasında oxucularla görüşəcəyi bildirilib. Braunun
2004-cü ildə böyük müvəffəqiyyət qazanan "Da Vinçi Şifrəsi" kitabı
40 dildə nəşr olunub.