Türkiyədə AKP binasına hücüm edilib: yaralılar var

31 Oktyabr 2016 09:52 (UTC+04:00)

Türkiyənin Mardin vilayətində PKK terror təşkilatının üzvləri Ədalət və İnkişaf Partiyasının (AKP) binasına hücüm ediblər.

Movqe.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə üç təhlükəsizlik əməkdaşı yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Polis terrorçuların saxlanması üçün əməliyyata başlayıb.