Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10
bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini
açıqlayıb.
Fonddan Movqe.az-a verilən məlumata görə, "Parabank" ASC-nin
qorunan əmanətçilərinə 41 mln. 745 min manat, "Zaminbank" ASC-nin
qorunan əmanətçilərinə 51 mln. 43 min manat, "Kredobank" ASC-nin
qorunan əmanətçilərinə 26 mln. 136 min manat və "Dekabank" ASC-nin
qorunan əmanətçilərinə isə 2 mln. 887 min manatdan artıq
kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 121 mln. 811 min
manatdan artıq kompensasiya verilib.
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 170 min manat,
"Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880
min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə
ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117
min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat,
"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan
artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə
145 mln. manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 360 mln. 322 min
manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 643 mln. 133 min manatdan
artıq kompensasiya ödənilib.