Noyabrın ilk gününün hava proqnozu - XƏBƏRDARLIQ

31 Oktyabr 2016 12:49 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
 
Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  85-95% təşkil edəcək.
 
Nazirliyin xəbərdarlığında qeyd olunur ki, noyabrın 1-dən 3-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.