Fahriye və Buraka 3 milyonluq təklif

31 Oktyabr 2016 14:47 (UTC+04:00)

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, karyerası ilə yanaşı şəxsi həyatı ilə də gündəmə gələn Burak ərəb ölkələrindən birində bank reklamına çəkilib. O, bu reklamdan 1,5 milyon lirə (təxminən 750 min manat) qazanıb.

Bundan sonra ərəblər Burakla birgə Fahriyeyə də təklif göndəriblər. Bank yanvar ayında çəkiləcək reklamı üçün cütlüyə 3 milyon lirə (təxminən 1,5 milyon manat) təklif edib. Sevgililər hələ qəti qərarlarını verməyiblər.