Mosulda İŞİD komandirlərinin yığıncağı zamanı partlayış olub

31 Oktyabr 2016 16:53 (UTC+04:00)

Mosulda İŞİD terror təşkilatının komandirlərinin yığıncağı zamanı güclü partlayış baş verib.

Movqe.az RİA Novosti-yə istinadən məlumat verir ki, şəhərin mərkəzi Əs-Sərcahana rayonunda baş verən partlayışın səbəbləri hələ məlum deyil.

Məlumata görə, partlayış zamanı İŞİD terror təşkilatının bir neçə yüksək rütbəli komandiri, eləcə də təşkilatın lideri Əbu Bəkr Əl-Bağadi ilə birbaşa əlaqəsi olan İŞİD batalyonunun komandiri həlak olub.