Heç nəyə baxmayaraq sevməyə davam

17 Yanvar 2013 14:05 (UTC+04:00)
Movqe.Az bildirir ki, Məşhur aktyor Robert Pattinson, "Qızıl Kürə" mükafatlarına yanında sevgilisi Kristen Stevart olmadan qatılıb. Bu vəziyyət, məşhur aktyorun bir vaxtlar aldadıldığı üçün ayrılıb sonra yenidən barışdığı Stevartla arasının yaxşı olmadığı haqqında söz-söhbətlərin edilməsinə gətirib çıxarıb. Ancaq dedi-qodular əsassız çıxıb və Stevart səhərə qarşı mərasimdən sonra təşkil edilən yığıncağa qatılaraq sevgilisinə yoldaşlıq edib. Səmimi bir şəkildə əylənən cütlük, sonra dostları ilə birlikdə Beverli Hillsdə təşkil edilən xüsusi bir yığıncağa keçiblər. Aralarını vuran xəyanət hadisəsi səbəbiylə gündəmdən düşməyən məşhur cütlük mətbuatda daha çox görünməmək xüsusi seçdikləri yerlərə birlikdə getməyi üstün tutduqlarını bildiriblər.