Öldüyü 6 il sonra aydın oldu
17 Yanvar 2013 15:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Cənubi Koreyada tək
yaşayan bir adamın ölüm hadisəsinin 6 il sonra bilinməsi
müzakirələrə səbəb olub. Cənubi Koreya Busan şəhərindəki bir
binanın mənzilində olan cəsəd ilə sarsılıb. Təhlükəsizlik
səlahiyyətlilərindən alınan məlumata görə, cəsədin 6 il əvvəl ölən
55 yaşlı K.M-a aid olduğu öyrənilib. Ölmədən əvvəl 2002-ci ilə
qədər anası ilə yaşayan Kimin, anasını itirdikdən sonra ətraf
şəhərlərdə bir günlük işçi olaraq işlədiyi bildirilib. Üç bacısı
ilə də çox görüşməyən Kimin qonşuları ilə də münasibət qurmadığı
söylənilib. Polisdən alınan məlumata görə, Kimin öz əcəli ilə
öldüyü təsbit edilib. 2006-ci ilə qədər tək yaşayan Kimin öldükdən
6 il sonra bilinməsi Cənubi Koreya mətbuatında geniş yer alıb. Baş
verən bu hadisə koreyalıların gedərək yalnız qalması mövzusunu da
gündəmə gətirib.