Birand reanimasiyada

17 Yanvar 2013 14:35 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən bildirir ki, Tanınmış aparıcı Mehmet Ali Birandın öldüyü xəbərindən sonra açıqlamalar gəlib. Vehbi Koç Vəqfi Amerika Xəstəxanasından verilən məlumatda, "Mehmet Ali Birand xəstəxanamızda yatır və reanimasiyada müalicəsinə davam edilir" deyilib. "Kanal D Haber"ın müdiri Saleh Selçuk, "Kanal D Haber" qrup başçısı Mehmet Ali Birandın sağlamlıq vəziyyəti ilə bağlı, "Birand, yaşayır, reanimasiyadadır." deyib. Mehmet Ali Birandın oğlu Umur Birand, atasının vəziyyəti ilə bağlı "Twitter"dən açıqlama verib. Umur Birand, atasının "Twitter" hesabından bu sözləri yazıb, "Mən Umur Birand, atam hələ də reanimasiyadadır. Sağalması üçün dua edirik. Göstərdiyiniz  maraq üçün çox təşəkkürlər."