Əlində ürəyi ilə şəkil çəkdirib

17 Yanvar 2013 15:31 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərədə orqan nəqli keçirən qadının əlində möhkəmcə tutduğu köhnə ürəyiylə verdiyi poza rekord qırıb. Xərçəng xəstəsi Penni adlı qadın, üzünə maska, əlinə əlcək geyinərək köhnə ürəyini tutarkən çəkdiyi şəkli saytlardan birinə yükləyib. Fotoşəkili yükləyən Penninin ən yaxın dostu Kelsi, şəklin altına "Penny xərçəngə qalib gəldi, köhnə ürəyi onu ziyana saldı, amma o ümidini heç vaxt itirmədi. Penni mənim qəhrəmanımdır." deyə bir şərh yazıb. Bundan əlavə, Kelsi Penninin vəziyyətinin gündən-günə yaxşılaşdığını da bildirib.