Obamanın qardaşı da siyasətlə maraqlanır

17 Yanvar 2013 15:53 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın Keniyadakı böyük ögey qardaşı Malik Obama siyasətə qoşulmağa hazırlaşır. 54 yaşındakı Malik Obama, Keniyanın qərbindəki Siaya əyaləti qubernatorluğu üçün müstəqil namizəd olacağını deyib. ABŞ prezidenti ilə ata tərəfindən qardaş olan iqtisadçı Malik Obama, "AFP"yə verdiyi açıqlamada, qardaşının ABŞ-dakı müvəffəqiyyətini gördükdən sonra xalqını dürüst, özünü işinə həsr etmiş yaxşı işləyən bir lider olaraq Obamanın izindən getməkdən məhrum buraxmaq istəmədiyini vurğulayıb. Həyatının böyük hissəsini ABŞ-da keçirmiş olan Malik Obama, "Siaya"nın, yaxşı idarə edilmədiyi üçün pis infrastrukturdan yoxsulluğa qədər bir çox problemlə mübarizə etdiyini seçilərsə bu problemlərin sona çatacağını" bildirib.