"Facebook" qadağan edilib?

17 Yanvar 2013 15:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, son bir il ərzində tez-tez  Facebooka girişə maneə törədən Tacikistan rəhbərliyi, üçüncü dəfə saytı qadağan edib. Rabitə Xidmətinin internet serverlərinə Facebookun bağlanması ilə bağlı təlimat verdiyi bildirilib. Tacik mətbuatına əsasən "Facebook" ilə yanaşı bəzi xəbər saytları da qadağan edilib. Facebooka bəzi internet saytlarına giriş axrıncı dəfə ötən ilin mart və oktyabr aylarında qadağan edilmişdi. Dövlət Rabitə Xidməti isə bunun texniki problemlər səbəbiylə meydana gəldiyini söyləyib. Əldə edilən məlumatlara görə, Tacikistanda 41 min nəfər Facebook istifadə edir. Facebooku aktiv istifadə edənlər ölkə əhalisinin 55 faizini və ya 7 milyonunu, internet istifadəçiləri isə 5.87 faizini təşkil edir.