20 dollara "saxta sevgili" profili

17 Yanvar 2013 16:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Braziliyada bir internet saytı, ayrılıq ağrısı yaşayan kişilərə köhnə sevgililərini internet vasitəsilə qısqandıra bilmələri üçün 20 dollar qarşılığında "saxta sevgili" profili yaradır. "NamoroFake.com.br" saytında yaradılan "saxta sevgili" profili sosial şəbəkə "Facebook"da 7 gün istifadə edilə bilir. Saytın qurucusu Flavio Estevam, müraciət edənlər üçün  20 dollar qarşılığında hazırlanan profilin saxta olduğunu vurğulayıb. Estevam, gələcəkdə "qadınların da köməyinə çatacaqlarını" planlaşdırdıqlarını qeyd edib.