"Apple"dan yeni "iPhone"lar gəlir ?

17 Yanvar 2013 17:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Apple"ın iyun-iyulda yeni daha aşağı qiymətli modelini bazara çıxarması gözlənilir. Telefonun adının " iPhone 5S" olacağı gözlənilir. Texnologiya sektorunun ən məşhur şirkəti "Apple"ın yeni iPhone modelinə aid çıxan söz-söhbətlərə hər ötən il yeniləri əlavə olunur. İndi şirkətin yayın əvvəlində iPhone 5S modelini istifadəçilərinə təqdim edəcəyi deyilir. "Apple Insider" səhifəsi, mart ayında iPhone "5S"lərin istehsalına başlamağı planlaşdırır.