Kaka: "Milan"a doğru

17 Yanvar 2013 16:32 (UTC+04:00)

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kaka yenidən "Milan"a qayıda bilər.

 Bu barədə futbolçunun özü açıqlama verib.

Braziliya futbolçu yenidən "Milan"a qayıtmağa hazır olduğunu bildirib: "Mənim arzum "Real"da qalmaqdır. Madrid mənim üçün rahatdır. Ancaq "Milan"a qayıtmağa da hazıram. Əgər danışıqlar uğurla nəticələnərsə, yenidən "Milan"da oynaya bilərəm. Bu klubda mənim gözəl xatirələrim və dostlarım var". 

Qeyd edək ki, Kaka 2003-2009-cu illərdə məhz "Milan"ın şərəfini qoruyub.