Ledi Qaqa Maykl Ceksonun rançosunu bərpa etmək istəyir

17 Yanvar 2013 17:40 (UTC+04:00)

Movqe.Az bildirir ki, Ledi Qaqa Neverlenddə təmir işləri görməyi planlaşdırıb. Qalmaqallı Ledi Qaqa mərhum pop ulduz Maykl Ceksonun mülkiyyətinə pul xərcləməyi yenidən qerarlaşdırıb. Bu dəfə müğənni mərhumun Kaliforniyadakı rançosunu almaq qərarına gəlib. M.Cekson bu rançonu 1998-ci ildə alıb və onu dəmiryolu, atraksionlar və şəxsi heyvanat bağçası ilə bəzəyərək əyləncə parkına çevirib. Amma 2008-ci ildə borclarının çox olması səbəbi ilə rançonun bir hissəsini satmağa məcbur olub. Ledi Qaqa Ceksonun ailəsinə maliyye baxımdan dəstək olmaq üçün rançonu bərpa etməklə kömək etmək istəyir. Müğənni dəfələrlə bildirib ki, pop-musiqisinin kralı olan Maykl Ceksonun yaradıcılığının böyük pərəstişkarıdı.