"Lale Devri" İranda qalmaqala səbəb olub

17 Yanvar 2013 18:41 (UTC+04:00)
Movqe.Az bildirir ki, İranda 4 aydır yayımlanan "Lale Devri" adlı türk serialı yayımdan qaldırılan zaman xalq üsyan edib. İran mediası serialın hökumət tərəfindən yayımdan qaldırıldığını güman edir. Mərkəzi Dubayda yerləşən və "Lale Devri" adlı türk serialını yayımlayan "GEM TV"nin İrandakı mərkəzi serialın yayımlanmasının gözlənildiyi keçən bazar günü birdən-birə dayanıb. İranın ən çox izlənilən peyk kanalı olan "GEM TV"nin yayımının dayanması ölkədə mənfi reaksiya ilə qarşılanıb. Dörd aydır "Lale Devri"nin yayımlayan kanalın birdən-birə kəsilməsində Tehran hökumətinin tətbiq etdiyi təzyiqin payı olduğu güman edilir.