Gürcüstan Azərbaycana arxadan zərbə vurur

18 Yanvar 2013 10:15 (UTC+04:00)

Qonşu Gürcüstan Abxaziya-Rusiya dəmiryolunun bərpası mövzusunu qapatdığının düşünüldüyü bir vaxtda məsələ yenidən aktuallaşıb. Xatırladaq ki, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili bəyan etmişdi ki, Abxaziyadan keçməklə Rusiyaya gedən dəmiryolunun bərpa edilməsi mövzusu qapanıb. Nazir Abxaziya tərəfinin dəmiryolun bərpasına maraq göstərmədiyini və bu məsələnin qapandığını bildirib. "Abxaz tərəfi dəmiryolunun bərpasına əks çıxaraq, bu yolun onları maraqlandırmadığını bəyan edib. Bərpa ideyası meydana çıxanda onlar bildirdilər ki, bu məsələ Abxaziya üçün maraqlı deyil, buna görə də məsələ bağlanıb".

Lakin Ermənistanda səfərdə olan Gürcüstan baş naziri Bidzina İvanişvili məsələ iəl bağıl yeni açıqlama verib. Onun sözləriən görə, Ermənistanı Rusiya ilə birləşdirən Abxaziya dəmir yolunun açılması mümkündür: "Bizim Rusiya ilə problemlərimiz olduğu sizə məlumdur, lakin biz onların mümkün qədər tez həll olunması üzərində işləyirik. Bizim abxaz qardaşlarımızla da münasibətlərimiz mürəkkəbdir, lakin dəmir yolunun işə salınmasının bərpa olunması məsələsi mümkün qədər tez həll olunmalıdır".

Ancaq maraqlıdır ki, gürcü tərəfinin jesti separatçı Abxaziyada isti qarşılanmır. Bundan əvvəl məsələ iləəlaqədar Abxaziyanın "Təhlükəsizlik Şurası"nın katibi Stanislav Lakoba deyib ki, Suxumi dəmiryolunun açılması ilə ilgili Tiflisin hər hansı rəsmi məktubunu almayıb, yalnız gürcü tərəfinin açıqlaması ilə mətbuatdan tanışdır. Sitat: "Digər yandan, nəzərə alanda ki, gürcü tərəfi ziddiyyətli şərhlər verir, o zaman rəsmi Tiflisin əsl niyyəti haqda danışmaq çətindir". Onun sözlərinə görə, əgər Abxaziya hətta rəsmi təklif alsa belə, bu, onun üçün məqbul deyil: "Təəssüf ki, bu məsələ siyasi çalar daşıyır, qaçqınları geri döndərmək niyyəti güdür. Ancaq kimlər qayıtmaq istəyirdisə, artıq qayıdıb. Bu təklif heç dəmiryolu iyi də vermir və gərginliyin artmasına gətirə bilər".

Rusiya mediası qeyd edir ki, Gürcüstan bununla təkcə Abxaziyanı yox, Ermənistanı da blokada vəziyyətindən çıxarmağı düşünür. İndiyə qədər isə Gürcüstanın dəmiryolu ilə bağıl mövqeyi Ermənistanı da faktiki blokadada saxlamağa imkan verib, İrəvanın öz yeganə etibarlı müttəfiqi Rusiya ilə əlaqələri xeyli ölçüdə kəsilib. Ona görə də Gürcüstanın yeni hökuməti Abxaziyadan keçən dəmir yolunu bərpa etməklə faktiki olaraq Ermənistanı xilas edir və bunun Cənubi Qafqaz regionu üçün nəticələri təhdükə yaradır.

Maraqlıdır ki, gürcü tərəfinin bu mövqeyi Azərbaycanın Ermənistanın təcrid vəziyyətinin gücləndirmək niyyəti fonunda baş verir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bununla bağlı qeyd edib ki, Azərbaycanın iqtisadi gücü, hərbi gücü də yerindədir: "Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, bölgədə gedən proseslər mövqeyimizi gücləndirir. Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz var. Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır. Mən bu barədə bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyub. Nə qədər ki, bu münaqişə davam edəcək, onların vəziyyəti daha da ağırlaşacaq. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq. Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik".

Lakin Azərbaycanı hesabına ayaq üstdə qalmağı bacaran Gürcüstan yenidən xəyanətkar mövqe tutur.