Bakıda iki “Jiquli” toqquşdu

18 Yanvar 2013 10:38 (UTC+04:00)
Bakının Novxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. Yanvarın 17-dən 18-nə keçən gecə Abşeron rayonunun Novxanı qəsəbəsində "VAZ-21011" və "VAZ-21015" markalı iki minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ-21015" markalı avtomobilin sürücüsü xəsarət alıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.