“Sultan Süleyman” Ərdoğana cavab verdi
18 Yanvar 2013 10:39 (UTC+04:00)
Türkiyənin telekanallarından birində nümayiş olunan "Muhteşem
Yüzyıl" (Möhtəşəm Əsr) serialında Qanuni Sultan Süleyman obrazını
canlandıran aktyor Halit Ergenç baş nazir Rəcəb Tayyib Ərdoğanın
tənqidlərinə cavab verib. Bu, bəzi serialların prodüsser və
aktyorlarına mükafatın verildiyi tədbirdə baş verib. Serialın öz
sahəsində ilk olduğunu deyən aktyor Ergenç burda bəzi səhvlərin
normal olduğunu və bunun təbii qarşılanmalı olduğunu bildirib.
"Mənim bir arzum var. Kaş ki, bizim film cümhuriyyət və Osmanlı
barədə hazırlanmış bir çox film və serialdan sonra çəkilsəydi. Biz
bilirik ki, bir layihə öz sahəsində ilkdirsə bunun biz olduğunu
demirik. Təbii ki, başqa layihələr də var. Amma bu qədər uğur
qazanmış bir layihənin tənqid edilməsi, hətta bəzən hücumlara məruz
qalması bizim istədiyim hədəfə çatdığımızı göstərir".
Çıxışına davam edən Halit Ergenç heç bir tele-serialda senedli film
kimi insanlara dərs vermək məcburiyyəti olmadığını deyib.
"Teleserialda əslində sənədli film kimi insanlara ders vermek
mecburiyyəti olmamalıdır. Amma tamaşaçılarda suallar yaradaraq
onları bir-birləri ilə fikir mübadiləsi aparmağa və tarixi
həqiqətləri öyrənməyə yönləndirməlidir. Ümid edirəm ki, bizdən
sonra daha yaxşısını hazırlayacaq insanlar bizim başımıza gələnləri
yaşamaz, ölkədə və xaricdə daha böyük uğurlar əldə edərlər".