Ölkədə inflyasiya artacaq
18 Yanvar 2013 11:35 (UTC+04:00)
Bu il
Azərbaycanda illik inflyasiyanın nisbətən artacağı gözlənilir. Bunu
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib: "Bu l
inflyasiyanın səviyyəsi 2012-ci ilə nisbətən bir qədər çox
olacaq".
Komitəsi sədri 2013-cü ildə Azərbaycanın inflyasiya tempinin 3-5%
civarında təşkil edəcəyini proqnozlaşdırır.
A.Vəliyev bildirib ki, 2012-ci il yekunlarına görə, inflyasiya 1,1%
olub, o cümlədən ərzaq məhsulları 0,8%, qeyri-ərzaq məhsullarının
qiymətləri 1%, xidmət tarifləri 1,2% artıb.