"Fənərbaxça"nın növbəti transfer addımı

18 Yanvar 2013 13:30 (UTC+04:00)

Heyətini gücləndirməyi planlaşdıran Türkiyənin "Fənərbaxça" klubu növbəti transfer hədəfini açıqlayıb.

"Sarı lacivərdlilər" "Lion"un hücumçusu Bafetimbi Qomisi transfer etmək niyyətindədir.

"Fənərbaxça"nın baç məşqçisi Aykut Kocaman yeni mövsümdən Qomisi komandasında görmək istəyir. "Lion" rəhbərliyinin 27 yaşlı futbolçunu digər komandalara sata biləcəklərini açıqlaması da "Fənərbaxça"nı hərəkətə keçirib. İstanbul təmsilçisi fransız futbolçunun transferi üçün "Lion"a 9 milyon avro təklif edib.

Qeyd edək ki, 2009-cu ildən "Lion"da çıxış edən Qomis keçirdiyi 123 oyunda 45 qola imza atıb.