Bahar Muradova: "Lənkəranda İsa Qəmbərin başına gələnlərin təşkilatçısı biz olsaydıq..."
"Lənkərana səfər zamanı İsa Qəmbərin başına gələn olayın
təşkilatçısı biz olsaydıq, bu onların əlinə özlərini cəmiyyətə
böyük təqdim etmək üçün fürsət vermiş olardı. Bu mənada biz onun
kimilərin başına belə bir iş gəlməsində, onların da bundan öz
piarları üçün istifadə etmələrində maraqlı deyilik".
APA-ya
açıqlamasındaYeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü,
Milli Məclis sədrinin müavini Bahar Muradova belə deyib.
Bununla belə, Bahar Muradova qeyd edib ki, belə bir hadisə baş
verib, ortada faktiki iştirakçılar var, onların iştirakı və rolu
araşdırılmalıdır: "Hakimiyyətin və hakim partiyanın bura nə
aidiyyəti var?! Onların ittihamları əsassızdır, hakimiyyətin bu
məsələdə heç bir rolu yoxdur. Biz öz işimizlə məşğuluq,
başqalarının hara səfər etməsi, niyə səfər etməsi ilə bağlı
qarşımıza hansısa proqram və vəzifə qoymamışıq. Belə işlərlə məşğul
olmağa həvəsimiz yoxdur".
B. Muradova deyib ki, hadisədə cinayət tərkibli fakt varsa,
aidiyyəti qurumlar araşdırıb ortaya qoymalıdır: "Amma bunu birbaşa
hakimiyyətin ayağına yazmaq, hakimiyyətin planı kimi təqdim etmək o
səfəri və o səfərin iştirakçılarını cəmiyyət qarşısında həddindən
artıq böyütmək deməkdir".
Yanvarın 13-də Müsavat başqanı İsa Qəmbər partiyanın yerli təşkilatının tədbirində iştirak üçün Lənkərana səfər edən zaman bir qrup şəxsin hücumuna məruz qalıb. İsa Qəmbər və tərəfdarları baş verənlərdə hakimiyyəti və hakim partiyanı ittiham edirlər.