Lopez keçmiş sevgilisini təbrik edib

18 Yanvar 2013 15:20 (UTC+04:00)

Movqe.Az bildirir ki, Məşhur müğənni Cennifer Lopez keçmiş sevgilisi Ben Afleki, qazandığı mükafata görə təbrik edib. ABŞ-lı müğənni  Lopez, Aflekin rejissorluğunu etdiyi "Arqo" filminə görə qazandığı "Qızıl Kürə" mükafatına layiq olduğunu, filmin çox müvəffəqiyyətli olduğunu və Aflekin uğuru ilə qürur hissi duyduğunu bildirib. Xatırladaq ki, keçmiş sevgililər Lopez və Aflek, əvvəllər "Bennifer" adı altında şou-biznes dünyasında tez-tez yer alırdılar.