Saxta pulla alış-veriş edib, sonra üzr istədi

18 Yanvar 2013 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, . Çinin Şaanxidə yerləşən Baoji şəhərində maraqlı bir hadisə baş verib. Yaponiyadakı internet saytlarında yer alan xəbərə görə, çinli bir qadın 7 il əvvəl saxta pul ilə alış-veriş etdiyi dükan sahiblərindən üzr istəyərək borcunu bu dəfə gerçək pulla ödəyib. Xəbərə görə, Baojifə yaşayan Lii cütlüyü, 2006-ci ildə kiçik bir mağaza açıb. İlk müştərilərindən biri olan qadın isə bir köynək alaraq 100 yüən (16 dollar) ödəyərək tez mağazadan ayrılıb. Qadının mağazadan ayrılmasından sonra mağaza sahibləri pulu yaxından araşdıraraq aldadıldıqlarını görüblər. Bu zaman mağazanın sahibləri, pul maşını alaraq belə bir səhvə bir daha yol verməməyə qərar veriblər. Bundan əlavə 100 yüəni də çərçivəyə salıb mağazadan asıblar. Hadisədən 7 il keçməsindən sonra qadın, bu ayın əvvəlində yenidən mağazaya gəlib. "Bu mağaza neçə vaxtdır işləyir. Elə deyil mi?" deyə soruşan qadına, "bəli" deyə cavab verilib. Bu cavabı eşidən qadın, 7 il əvvəlki hadisəni xatırladıb üzr istəyib. Bundan əlavə, bu dəfə gerçək pulla da borcunu ödəyib mağazadan çıxıb. Çinli qadının kassir olaraq çalışdığı yerdə saxta pulla aldadıldığı və müdiriylə problem yaşamamaq üçün belə bir yola müraciət etdiyi bildirilib.