"Playboy"a +18 cəzası verilib

18 Yanvar 2013 16:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bütün dünya tərəfindən tanınan məşhur kişi jurnalı "Playboy", uşaqların porno məzmunlu saytlara girişini təmin etməməsi mövzusunda kifayət qədər həssas olmadığı üçün cəzaya məhkum edilib. "Playboy", iki internet səhifəsinin yaşı uyğun olmayan ziyarətçilərin müraciətinə açıq olmasına görə cəza alıb. İngiltərənin ünsiyyət tənzimləyici və rəqabət təşkilatı "Ofcom", "Playboy TV" və "Demand Adult" saytlarının 18 yaşdan aşağı ziyarətçilərinin qarşısını almaq üçün lazımi tədbirlər görmədiyinə qərar verib. "Playboy"un məsuliyyətsizliyinə "ciddi, təkrarlanan bir davranış" olaraq ad verən "Ofcom", amerikanın şirkətinə 160 min dollar cəza kəsib. "Ofcom", "saytların səhifələrinə girən ziyarətçilərin yaşını təyin etmək üçün bir sıra üsullar olduğunu" bildirib və "Playboy"a xəbərdarlıq edib. İngiltərənin bu təşkilatı, "Porno məzmunu təqdim edilmədən əvvəl, saytda kredit kartı məlumatları soruşula bilər. Kredit kartları 18 yaşdan aşağı kəslərə verilmir. "Playboy TV" və "Demand Adult" 18 yaşdan aşağı internet istifadəçilərini pulsuz və ya pullu məzmundan uzaq tutmaq üçün heç bir tədbir görmədiyinə görə İngiltərə qanunlarını pozmuşdur." sözlərini bildirib.