ABŞ Somalini rəsmi olaraq tanıyıb
18 Yanvar 2013 17:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ 22
il sonra Somali
hökumətini rəsmi olaraq
tanıyıb. ABŞ
rəhbərliyinin bu qərarı
Vaşinqtonun ziyarət edən
Somali prezidenti Həsən
Şeyx Mahmudla görüşən
ABŞ dövlət katibi Hillari
Klinton tərəfindən
açıqlanıb. Klinton,
"1991-ci ildən bu
yana ilk dəfə,
ABŞ-ın Somali hökumətini
tanıdığını açıqlamaqdan
məmnunluq duyuram" deyib.
ABŞ prezidenti Barak Obama
rəhbərliyi 4 il
əvvəl ilk dəfə
vəzifəyə başladığında
Somalinin bir çox
istiqamətdən bu günkündən
çox fərqli bir
ölkə olduğuna işarə
edən Klinton, "Somali xalqı və
liderləri, ölkələrinə daha
çox sabitlik, təhlükəsizlik
və sülh gətirmək
üçün mübarizə aparırdılar və
fədakarlıqlar etdilər. Hələ
gediləcək çox yol,
üzləşəcək çox çətinlik
var, lakin daha yaxşı
bir gələcək üçün
yeni bir təməlin
atılmaqda olduğunu görürük
"deyə bildirib.