Bu alışqanlıq arteriyaların partlamasına səbəb ola bilər

26 Oktyabr 2018 13:30 (UTC+04:00)

Alimlər siqaret çəkməyin zərərləri ilə bağlı növbəti dəfə genişmiqyaslı araşdırma aparıblar.
 
Movqe.az deyerler.org-a istinadən bildirir ki, araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkmək arteriyaların partlamasına səbəb olur. Siqaret çəkmək arteriyaları çox böyük risk altına atır. Alimlərin keçirdiyi çoxsaylı tədqiqatların nəticələrindən sonra, bu qənaətə gəliblər. Alimlər qeyd ediblər ki, siqaret çəkən zaman arteriya partlasa, bu insanın ölümünə səbəb ola bilər.