Binə Ticarət Mərkəzində aksiya keçirilib

19 Yanvar 2013 14:05 (UTC+04:00)

Bu gün səhər saatlarında Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar etiraz aksiyası keçiriblər. Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstəriblər. Sahibkarların aksiya keçirdiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub. Polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin aksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir. Bakı-Salyan şosesinin nəqliyyatın hərəkəti tam bərpa olunub. Qeyd edək ki, sahibkarlar bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar. Ticarət mərkəzinin rəhbərliyinin mağaza sahibləri ilə danışıq apardığı bildirilir.